Günün kuponu – 21.07.2023

Günün kuponu – 21.07.2023

“Varta Poznan” – “Poqon” 2
Polşa çempionatında yeni mövsümə start verilir. “Varta” ötən mövsümü 8-ci, “Poqon” isə 4-cü sırada” bitirdi. Komandalar iyulun əvvəlində yoxlama görüşündə üz-üzə gəliblər. Həmin matçda “Poqon” rəqibinin qapısından 3 cavabsız top keçirdi. Komandanın yeni transferlərindən ötən mövsümü “Alanyaspor”da keçirmiş yunanlstanlı Koulorius dubl etmişdi.

“Legiya” – “LKS Lodz” – 1-ci hissə 1, oyun 1
Çempionatın debütantı LKS ölkənin ən titullu klublarından “Legiya”nın qonağı olacaq.
Meydan sahibləri aşkar favoritdirlər. “Legiya” yoxlama oyununda “Qarabağ” üzərində də qələbə qazana bilmişdi – 2:0.

“Midtülland” – “Hvidovre” ÜST 2,5
Danimarkada da yeni mövsümə start verilir. Debütant “Hvidovre” ilk turda “Midtülland” səfərinə yollanacaq. Bu komandalar son dəfə 23 il əvvəl qarşılaşıblar. Həmin vaxt “Midtülland’ 3:0 hesabı ilə qalib gəlmişdi.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Danjuma “Everton” yolunda

Növbəti yazı

Sürpriz kupon – 21.07.2023