Günün kuponu – 19.12.2022

Günün kuponu – 19.12.2022

“Qəbələ” – “Qarabağ” QOL/QOL
Azərbaycan Kubokunda 1\4 finalın cavab görüşü maraqla gözlənilir. Bakıda keçirilən ilk matç 2-2 hesabı ilə yekunlaşıb. Bu oyundan sonra klublar çempionatda da üz-üzə gəlib. Həmin oyunda Ağdam təmsilçisi 1 qolla qələbə qazanıb. Fikrimcə əsas vaxtda tərəflər hərəyə 1 qol vurmağı bacaracaq.
“Sabah” – “Səbail” 1
1\4 finalın ilk matçında “Səbail” 3-2 hesablı qələbə qazanmaqla iddiasını nümayiş etdirib. Amma Murad Musayevin komandası həm heyət, həm də oyun baxımından rəqibi üstələyir. Bu mənada “Sabah”ın cavab matçında məsələni həlledəcəyini düşünürəm. Son uğursuzluqlardan sonra meydan sahiblərinə qələbə çox vacibdir.
“Adanaspor” – “Dənizlispor” QOL/QOL
Türkiyə birinci liqasında uğursuz çıxış edən klublar Adanada qarşılaşacaq. “Adanaspor” 18 xalla 13-cü, “Dənizlispor” isə 9 xalla 18-ci pillədədir. Son 5 görüşdən yalnız biri heç-heçə ilə başa çatıb. Digər oyunlarda qonaqlar qələbə qazanıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Mourinyo Portuqaliya yolunda

Növbəti yazı

Sürpriz kupon – 19.12.2022