Günün kuponu – 19.04.2024
Atletik Bilbao – Qranada 1
Çempionlar Liqasına vəsiqə uğrunda yarışan Bilbao təmsilçisi sevmədiyi rəqiblə qarşılaşır. “Atletik” uzun müddətdir “Qranada”ya qalib gəlməkdə çətinlik çəkir. Bilbao klubu son dəfə 2021-ci ildə bu komandanı üstələməyi bacarıb. Autsayderin bu dəfə sürpriz edəcəyinə inanmıram.
Cenoa – Latsio 2.5 ALT
“Latsio” avrokuboklara vəsiqə qazanmaq üçün hər tur qələbə qazanmalıdır. Son 3 turda 3 xal qazanan qonaqları altıncı pillədən 2 xal ayırır. Meydan sahibləri ev oyunlarında müdafiədə daha diqqətli olur. Ona görə də bu oyunda məhsuldar nəticə gözləmək real deyil.
Kalyari – Yuventus QOL/QOL
Lider “İnter”dən 20 xal geri qalan “Yuventus” ikinci pillə uğrunda mübarizəni davam etdirir. Ötən tur “Torino” ilə matçda xal itirən “Qoca Sinyora”nın bu dəfə səfərdə uğursuz olacağını düşünmürəm. “Yuve” səfərə qələbə üçün yollanır. Hər iki tərəfdə itkilər olduğuna görə qələbə seçiminin üzərində dayanmaq risklidir. Fikrimcə, komandalar meydanı qolsuz tərk etməyəcək.