Günün şansı – 19.04.2024

Günün şansı – 19.04.2024

Klivlend Kavaliers – Orlando Mecik – 1

Uğurlu müntəzəm mövsüm keçirən “Orlando” gənc heyəti ilə ilk pley-off matçına çıxır. Səfərdə “Klivlend”lə qarşılaşacaq “Orlando”nun qələbə şansları elə də çox deyil. Meydan sahiblərinin qalib gələcəyini təxmin edirəm.

Mayami Hit – Çikaqo Bulls – 1

Pley-off uğrunda mübarizənin son mərhələsində “Çikaqo”nu qəbul edəcək “Mayami”nin növbəti mərhələ şansları bərabər hesab edilir. Hər iki komanda qalib gəlmək üçün mübarizə aparacaq. Ötən ilin finalçısı “Mayami”nin təcrübəsi sayəsində mərhələ adlayacağını düşünürəm.

Nyu Orleans Pelikans – Sakramento Kinqs – 2

Play-off uğrunda daha bir mübarizə Nyu Orleansda baş tutacaq. Meydan sahiblərinin əsas ulduzu, Zayan Uilyamsonun matçda iştirak edib etməyəcəyi bəlli deyil. “Leykers”lə oyunda zədələnən oyunçu komandanın hücumunun böyük hissəsini təşkil edir. Uilyamson olmadan meydan sahiblərinin qalibiyyət şansları elə də çox deyil.

İlkin Məmmədov

Əvvəlki yazı

Uilyams PSJ-nin hədəfində

Növbəti yazı

Günün kuponu – 19.04.2024