Sürpriz kupon – 19.04.2024
Ayntraxt – Auqsburq QOL/QOL
Komandalar Bundesliqada qonşu pillələrdə qərarlaşıb. Qonaqlar “Ayntraxt”dan 3 xal geri qalır. Son turlarda inamlı təsir bağışlamayan “Ayntraxt”ın evdə risk edəcəyini düşünmürəm. Hər iki tərəfə qələbə lazım olduğuna görə qol-qol real seçimdir.
Beşiktaş – Ankaragücü BEŞİKTAŞ/BEŞİKTAŞ
Beş əsas futbolçusunu itirən “Beşiktaş” Superliqada uğursuzluğa son qoymağa çalışacaq. Son dəfə fevralın 25-də qələbə qazanan “qara qartallar” sonrakı matçlarda 3 dəfə məğlub olub, 2 oyunda heç-heçəyə razılaşıb. Meydan sahiblərinin bu matçda həm birinci hissə, həm də ümumi oyunda qələbəsinə mərc etmək istəyirəm. Riskli olarsa belə Fernandu Santuşu istefaya göndərən klubun azarkeşləri sevindirəcəyini düşünürəm.
Nitsa – Loryan 1
Gözəl Nitsa şəhərinin komandası avrokuboklara vəsiqə qazanmağa yaxındır. Rəqib isə Fransa birinci liqasında qalmaq uğrunda mübarizə aparır. Son 2 turda cəmi 1 xal qazanan “Nitsa” indi evdə azarkeşləri qarşısında “bəraət” almalıdır. Meydan sahiblərinin ən azından minimal hesabla uğur qazanacağını fikirləşirəm.