Günün kuponu – 18.01.2022
“Betis” – “Alaves” – 1
“Betis” ciddi kadr problemləri ilə üzləşsə də, Kral Kubokunda qalmaqallı oyunda güclü “Sevilya”nı məğlub edə bildi. Pelleqrinin komandası bu mövsüm ÇL-ə vəsiqə verən yerlər uğrunda mübarizə aparır. “Alaves” La Liqada 8 oyundur qələbə qazana bilmir. Hərçənd Mendilibarın rəhbərlik etdiyi kollektiv son iki görüşdə “Real Sosyedad” (1:1) “Atletik”ə uduzmayıb – 0:0. “Betis”in heyətində itkilər çox olsa da, meydan sahibləri bu duelin favoritidirlər.
“Kadis” – Espanyol” – 2
“Kadis” 3 gün öncə kubokda “Xixon”la oyunsonrası penalti zərbələrinə qədər uzanan ağır görüş keçirib. Həmin gün “Espanyol” da “Malyorka”ya uduzaraq, mübarizəni dayandırıb. “Kadis” La Liqada 7 oyundur 3 xala həsrətdir. Amma bu 7 oyundan birində Madriddə “Real”dan xal ala bilmişdilər – 0:0. Kuboku da nəzərə alsaq, “Espanyol” ardıcıl 2 qarşılaşmada uduzub. Visente Morenonun komandası bu oyuna dönüş nöqtəsi kimi baxır. 2 yazmaq, bir az riskli olsa da, özünü doğrulda bilər.
“Sankt Pauli” – “Borussiya Dortmund” – 2
II Bundesliqanın lideri ilə “Dortmund”un oyununun maraqlı keçəcəyi gözlənilir. “Sankt Pauli” Bundesliqaya yüksəlməyə əsas namizədlərdən sayılsa da, komanda 3 oyundur qələbə qazana bilmir. Dortmund klubu isə son turda “Frayburq”un qapısından 5 top keçirdi – 5:1. Kubok matçlarında hər zaman sürprizlər olsa da, düşünmürəm ki, bu dəfə “Borussiya Dortmund” 1/8 finalda büdrəsin.