Sürpriz kupon – 18.01.2022
“Bohum” – “Mayns” – 1
3 gün öncə “Mayns” Bundesliqada “Bohum” üzərində minimal hesablı qələbə qazanmışdı. Bu dəfə komandalar kubokda “Bohum”un meydanında üz-üzə gələcəklər. “Bohum”la “Mayns” Bundesliqada turnir cədvəlində də qonşudurlar. Məncə, “Bohum” ardıcıl 2 oyunda “Mayns”a uduzmaz. Ona görə bu oyuna 1 yazıram.
“Köln” – “Hamburq” – 1
II Bundesliqada çıxış edən “Hamburq” son iki oyunda heç-heçə edib. Nəticədə, lider “Sankt Pauli”dən artıq 6 xal geri qalırlar. Yeni ildə iki oyun keçirən “Köln” səfərdə “Herta”ya qalib gəlsə də, öz meydanında “Bayern Münhen”dən 4 cavabsız top buraxdı. Əgər “Köln” kubok matçına ciddi yanaşsa, 1/4 finala vəsiqə qazanmaq elə də çətin olmayacaq.
“Brayton” – “Çelsi” – qol/qol
London klubu 22-ci turda “Mançester Siti”yə uduzaraq, Qvardiolanın komandasından 13 xal geri düşdü. Bu da demək olar ki, “zadəganlar”ın çempionluq arzusu ilə vidalaşması idi. “Çelsi” bu mövsüm “Brayton”u “Stenford Bric”də məğlub edə bilməmişdi – 1:1. Ümumiyyətlə, bu komandalar arasında son 5 oyunun dördündə azarkeşlər qarşılıqlı qollar görüblər. Məncə, bu dəfə də oyun qol/qol gələ bilər.