Günün kuponu – 17.03.2022

Günün kuponu – 17.03.2022

“Qalatasaray” – “Barselona” – ÜST2.5

İlk oyunda qeydə alınan 0-0 kataloniyalıların rəqibi düzgün qiymətləndirməməsidi. Fikrimcə Xavi Türkiyə təmsilçisini asanlıqla məğlub edəcəyini düşünürdü. Cavab matçında hər iki komandanın şansı bərabərdi.

“Bazel” – “Marsel” – ÜST2.5

“Marsel” gözlənildiyi kimi Fransada baş tutan ilk oyunda qələbə qazandı (2-1). Meydan sahiblərinin uğur qazanmağa şansı olsa belə, fransızlar cütün favoriti olaraq qalır. Qonaqlar səfərdə də qələbə qazanmağa iddialıdı. Fikrimcə bu oyunda ÜSt2.5 daha real seçimdi.

“Everton” – “Nyukasl” – ALT2.5

Premyer Liqada 20-ci turun təxirə salınan oyunu keçiriləcək. Yaxşı günlərini yaşamayan “Everton” 17-ci sıradadır. Son matçda “Çelsi”yə 0-1 hesabı ilə uduzan “Nyukasl”ın mövqeyi nisbətən yaxşıdı – 14-cü pillə. Son 5 səfər matçında “Nyukasl” yalnız “Çelsi”yə məğlub olub. Qonaqlar müdafiədə inamlı təsir bağışlayır, meydan sahibləri isə hücumda etibarlı deyil.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Lovren Rusiya klubundan ayrılacaq

Növbəti yazı

Sürpriz kupon – 17.03.2022