Lovren Rusiya klubundan ayrılacaq
Xorvatiya Futbol İttifaqı Deyan Lovrenin Rusiya klubunda oynamasını istəmir. Qurum 32 yaşlı müdafiəçini “Zenit” ilə müqaviləni ləğv etməyə razı salıb.
Sankt-Peterburq təmsilçisinin məsələdən xəbərdar olduğu bildirilib. Lakin klub buna təsir edə bilməyib.
Qeyd edək ki, Deyan Lovren 2020-ci ildən “Zenit”də çıxış edir. Müdafiəçi 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.