Günün kuponu – 16.12.2022

Günün kuponu – 16.12.2022

“Santa Klara” – “Arauka” QOL/QOL
Portuqaliya Liqa Kubokunda 5-ci turun oyunu təklif olunur. Son üç oyunda qələbə qazana bilməyən “Santa Klara” növbəti dəfə evdə meydana çıxacaq. Son 4 səfər matçında qələbə qazanan “Arauka”nın səfərdən xalsız qayıdacağına inanmıram.
“Feyrense” – “Leyşoeş” ALT2.5
Bu klubların Portuqaliyanın ikinci liqasındakı son oyunu bərabərliklə yekunlaşıb (1-1). “Feyrense” ardıcıl beş matçda heç-heçə oynayıb və yalnız son turda “Santa Klara” üzərində qələbə qazanıb. Qonaqlar isə adətən səfərdə inamlı təsir bağışlamır.
“Voluntari” – “Farul” QOL/QOL
Rumıniya çempionatının 21-ci turunda lider “Farul” səfər matçına yollanır. Çempionatın ən məhsuldar komandası “Farul” indiyə qədər 41 qol vurub. Amma lider üçün “Voluntari” uğurlu rəqib sayılmır. Bu oyunda tərəflərin meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Neftçi”dən səfər qələbəsi

Növbəti yazı

Sürpriz kupon – 16.12.2022