Günün kuponu – 16.08.2023

Günün kuponu – 16.08.2023

“Mançester Siti” – “Sevilya” – 1

UEFA Superkuboku uğrunda matçın favoriti birmənalı olaraq “Mançester Siti”dir. “Sevilya”nın avrokubok təcrübəsinin çoxluğuna, Superkubok uğrunda 7-ci dəfə final oynamalarına baxmayaraq hazırda Xosep Qvardiolanın komandası çox güclüdür. Məncə, “Siti” bu mövsüm 4-cü titulunu (premyer liqa, İngiltərə Kuboku və Çempionlar Liqasından sonra) qazanacaq.

KPR – “Norviç” – 1-ci hissə cüt şans 12

İngiltərə Liqa Kubokunda 1\64 final mərhələsinin qalibi bir oyunun nəticəsinə əsasən müəyyənləşir. Qələbə və ya heç-heçəyə mərc etmək, məncə risklidir. İlk hissənin nəticəsinə mərc etmək isə daha sığortalıdır. Tərəflərdən istənilən birinin 1-ci yarıda hesabda üstünlük qazanması bu variantı uduşlu edəcək.

Avstraliya – İngiltərə – 30-cu dəqiqəyə kimi qol – xeyr
Qadın futbolçular arasında dünya çempionatına ev sahibliyi edən Avstraliya gözlənilənin əksinə, yarımfinala qədər irəliləyib. Burada onları favoritlərdən biri İngiltərə ilə qarşılaşma gözləyir. Məncə, avstraliyalılar bu oyunda müdafiəyə daha çox diqqət yetirəcək, qol vurmaqdan çox, top buraxmamaq barədə düşünəcək. Ona görə bu oyunda ilk 30 dəqiqədə hesabın açılacağını gözləmirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Qurban Qurbanov “300”ə çatdı

Növbəti yazı

Sürpriz kupon – 16.08.2023