Sürpriz kupon – 16.08.2023
“Mançester Siti” – “Sevilya” – 1-ci hissə künc zərbələri – “Mançester Siti”
Oyunun “Siti”nin hücumları ilə başlayacağına şübhə etmirəm. Məntiqlə belədə künc zərbələri də qazanılmalıdır. Həm də kornerlər Britaniya komandalarının “əsas silahları”ndan biridir axı. Ona görə həm ilk yarıda, həm də oyun ərzində “Mançester Siti”nin daha çox künc zərbəsi yerinə yetirəcəyini təxmin edirəm.
“Flora” – “Farul” – 2,5 ALT
UEFA Konfrans Liqasında bu duelin taleyi demək olar, ilk oyunda həll olunub. Georgi Hacinın baş məşqçi olduğu Rumıniya çempionu “Farul” öz meydanında 3:0 hesablı qələbə ilə pley-offa vəsiqəni böyük ölçüdə təmin edib. İlk matçdan fərqli bu görüşdə çox qol vurulacağını düşünmürəm.
“Santa Klara” – “Uniao Torrense” – 30-cu dəqiqəyə kimi qol – bəli
Portuqaliya liqalarında məgsuldarlıq bəzən yüksək olmur. Xüsusən də ilk turlarda. Amma risk gedərək bu qarşılaşmada hesabın ilk 30 dəqiqədə açılacağına mərc edirəm.