Günün kuponu – 15.04.2024
“Alanyaspor” – “Qalatasaray”- QOL/QOL
“Qalatasaray” oyunun favoriti sayılsa da, qarşısında ardıcıl 7 turdur uduzmayan “Alanyaspor” var. Fikrimcə, ilk dövrədə 4:0 qazandığı matçdan fərqli bu dəfə “Qalatasaray”a asan olmayacaq. Meydan sahibinin ən azı 1 qol vuracağını təxmin edirəm.
“Osasuna” – “Valensiya” – 1ci hissə cüt şans 12
Statistikaya görə, tərəflərin öz aralarındakı əksər duellərdə azı 2 qol vurulub. İddia etmirəm ki, bu dəfə də belə olacaq. Amma intiusiya hesabın ilk yarıda açılacağına deyir.
“Atalanta” – “Verona”- ən çox qol vurulduğu hissə – 2-ci hissə
“Atalanta” Avroliqada möhtəşəm “Liverpul zəfəri”ndən qayıdıb. A seriyasında isə komanda stabil çıxış etmir. Bu səbədən oyun 1 variantına ehtiyatla yanaşıram. Fikrimcə, matçda əsas hadisələr 2ci hissədə baş verəcək.