Günün kuponu – 14.11.2023

Günün kuponu – 14.11.2023

“Derbi”-“Kryu” QQ

İngiltərə Federasiya Kubokunda ilkin mərhələnin oyunları başlayır. Birinci Liqada çıxış edən “Derbi” daha aşağı çempionatda oynayan “Kryu” ilə qarşılaşır. Bu görüşdə “Derbi” üstün tərəf hesab olunsa da, qonaqlardan sürpriz gözləmək mümkündü. Qeyd edim ki, ilk görüş 2-2 hesabı ilə başa çatıb.

“Qrimsbi Taun”-“Slau” 1

İlk oyun 1-1 hesabı ilə başa çatdığından cütün taleyi cavab matçında məlum olacaq. İngiltərə Federasiya Kubokunda meydan sahibləri şansları sayılır. Qonaqların gərgin təqvimdə oynamaqla bağlı sıxıntıları var. Üstəlik “Slau”da iki əsas futbolçu iştirak etməyəcək.

“Akkrinqton”-“Donkaster” QQ

“Donkaster” ilk oyunu evdə keçirib və 2-2 hesablı nəticəyə sevinib. Hər iki tərəfdə müdafiədə problemlər həll olunmayıb. Ona görə cavab görüşündə də heç-heçə qeydə alınacağı istisna deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Azərbaycan – İsveç oyununun hakimləri açıqlandı

Növbəti yazı

Sürpriz kupon – 14.11.2023