Sürpriz kupon – 14.11.2023
“Horsham”-“Barnsley” ÜST2.5
İlk oyunda 3-3 hesabının qeydə alınması çoxunu təəccübləndirdi. “Barnsley” cütün favoriti sayılır və evdə heç-heçə oynaması müəyyən mənada sürpriz oldu. Cavab matçında da məhsuldar nəticə gözləyirəm.
“Barton”-“Port Veyl” QQ
İlk oyun qolsuz bərabərliklə başa çatıb. Maraqlıdır ki, hər iki komanda son oyunlarda uğursuz çıxış edir. Təcrübə baxımından “Barton” mərhələ adlamaq üçün daha şanslı hesab edilir. Fikrimcə bu matçda hər iki tərəf qol vurmaq üçün irəli atılacaq. Ona görə qol\qol seçimini daha real hesab edirəm.
“York”-“Çester” 1
İlk oyunda qolsuz bərabərlik qeydə alınıb. Bu hesab “York” üçün əlverişli hesab olunur. Çünki, “Çester”lə evdə keçirdiyi əksər görüşləri qələbəylə başa vurub. Bu oyunda 90 dəqiqədə növbəti mərhələyə vəsiqənin taleyinin həll olunacağını düşünürəm.