Günün kuponu – 13.04.2024

Günün kuponu – 13.04.2024

Bornmut – Mançester Yunayted Cüt şans X2

49 xalla turnir cədvəlində 6-cı pillədə yer alan “Qırmızı şeytan”lar sona qədər ilk 5-lik uğrunda döyüşəcəklər. Hesab edirəm ki, ilk dövrədəki 0:3 məğlubiyyətin əvəzini çıxmağa çalışacaq və ən azından məğlub olmayacaqlar.

Kadis – Barselona 2

Son turlar, autsayderlərdən sayılan “Kadis” stabil oyun nümayiş etdirsə də, hesab etmirəm ki, “Barselona”ya gücü yetsin. “Katalon”lar bu oyunun favoritidir. Qələbə qazanaraq “Jirona” ilə xal fərqin qoruyub, 2-ci sırada yerini möhkəmləndirəcəyini düşünürəm.

Holştayn Kil – Osnabryuk 1

Bundesliqaya vəsiqə qazanmaq uğrunda inamla addımlayan ev sahibləri sonuncu pillədə qərarlaşan “Osnabryuk”u qəbul edir. Məncə artıq şərhə ehtiyac yoxdur. Açıq aşkar favorit meydan sahibləridir. Fikrimcə, çətinlik çəkmədən qələbə əldə edəcəklər.

Mr. V

Əvvəlki yazı

“Qarabağ” 65-ci pillədə

Növbəti yazı

Sürpriz kupon – 13.04.2024