“Qarabağ” 65-ci pillədə

“Qarabağ” 65-ci pillədə

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb. Siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. “Qarabağ” 293 xalla siyahıda 65-cidir. Qurban Qurbanovun yetirmələri Avropadakı mövqeyini qoruyub.

“Neftçi” 27 xalla 240-cıdır. Bakılılar 3 addım geriləyib.

“Sabah” 20 xalla 262-ci pillədədir. Paytaxt təmsilçisi 3 pillə irəliləyib. 5 xalla 362-cı yerdə olan “Qəbələ” 1 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 2451 xalla “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan Nübel qərarı

Növbəti yazı

Günün kuponu – 13.04.2024