Günün kuponu – 12.12.2022
Əl Əhli – Əl İttihad 1
Misir çempionatına 5 oyunda 5 qələbə ilə inamlı start verən “Əl Əhli” son iki qarşılaşmasını uduzan “Əl İttihad”ı qəbul edir. Meydan sahibləri favoritdir və qələbə qazanmaq şansları daha yüksəkdir.
Əl Jahra – Əl Küveyt 2
Küveyt çempionatının lideri üçün çətin oyun olacağı gözlənilmir. İstər şəxsi görüşlərə əsasən, istərsə də, komandaların çempionatdakı cızdığı qrafikə fikir versək “Əl Küveyt”in bu qarşılaşmadan 3 xalla ayrılacağını güman edə bilərik.
Olimpiacos 2 – Pao Rouf 1
6 oyundur qələbə üzünə həsrət qalan qonaqlar növbəti dəfə qara zolaqdan çıxmağa cəhd edəcək. Pireylilərin də işləri ürəkaçan deyil, azarkeşləri qarşısında çempionatda ilk qələbə qazanmaq üçün hər şeylərini ortaya qoymağa çalışacaqlar. Bukmekerlər meydan sahiblərini aşkar favorit görür və biz də bununla razılaşa bilərik.