Günün kuponu – 12.09.2022
“Beşiktaş” – “İstanbul Başakşəhər” ÜST2.5
Ötən mövsüm uğursuz çıxış edən “Beşiktaş” yeni çempionatda lider mövqeyindədir. İlk beş oyundan dördündə qələbə qazanan qara qartallar bir görüşdə heç-heçə oynayıb. Qonaqlar ardıcıl 23 görüşdə (yoldaşlıq görüşləri daxil olmaqla) məğlubiyyət acısı yaşamayıb. Hər iki komanda bu oyuna qələbə üçün çıxacaq.
“Adana Dəmirspor” – “Trabzonspor” QOL/QOL
Yeni mövsümdə statistik göstəriciləri eyni olan iki klub qarşılaşacaq. 5 görüşdə 3 qələbə, 1 məğlubiyyət və ümumilikdə 10 xal. Maraqlıdır ki, superliqadakı son oyunlarda Trabzons təmsilçisi qələbə qazanıb. Türkiyə Kubokunda isə Adana klubu qələbəyə sevinib.
“Qoyas” – “Flamenqo” ÜST2.5
Braziliya çempionatının 26-cı turunda “Qoyas” doğma meydanda “Flamenqo”nu qəbul edir. 9-cu mövqedə olmasına baxmayaraq “Qoyas” ardıcıl dörd görüşdə uduzmur. Qonaqlar dördüncü sırada qərarlaşıb. Ümumilikdə 40 qol vuran “Flamenqo” məhsuldar komandalardan biridir.