Sürpriz kupon – 12.09.2022
“Almeriya” – “Osasuna” QOL/QOL
Yeni mövsümdə əzmkar mübarizə sərgiləyən “Osasuna” 4 oyunda cəmi 9 xal toplayıb. Meydan sahiblərinin aktivində 4 xal var. “Almeriya” doğma meydanda kifayət qədər inamlı təsir bağışlayır. Təxminən bərabər səviyyədə olan klubların duelində favorit yoxdur.
“Empoli” – “Roma” 2
Paytaxt təmsilçisi 5 matçda 10 xal toplayıb. “Empoli”də vəziyyət fərqlidir – cəmi 4 xal. Son 3 ildə baş turan görüşlərdə “Roma” qələbə qazanıb. Maraqlıdır ki, hər iki komanda əksər görüşlərdə meydanı qolsuz tərk etmir.
“Eybar” – “Qranada” ÜST2.5
Rəqibdən fərqli olaraq “Qranada” daha yaxşı mövqedə qərarlaşıb – 9 xalla 4-cü yer. 2 xal az toplayan meydan sahibləri 10-cu yerdədir. Maraqlıdır ki, “Eybar” son 4 ev oyununda qələbə qazanıb. “Qranada” isə səfər matçlarında bir qədər inamlı təsir bağışlamır.