Buskets “Barselona”dan ayrılacaq
“Barselona”da növbəti ayrılıq yaşancaq. Serxio Buskets gələn yay klubu tərk edəcək.
Kataloniyalıların kapitanının hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına kimi hesablanıb. Əmək haqqını azaltmağa çalışan klub yarımmüdafiəçiyə sözləşməni daha bir il uzatmaq şərti ilə ödənilməli olan vəsaitin bir hissəsini ertələməyi təklif etsə də, rədd cavabı alıb.
Buskets “Barselona” ilə yeni müqavilə imzalamaq fikrində deyil. 2023-cü ilin yayında o, MLS klubuna keçmək istəyir.