Günün kuponu – 10.10.2023
“Brindisi” – “Yuve Stabiya” 1-ci hissə X
İtaliya C Liqasının lideri turnir cədvəlinin 14-cü pilləsində qərarlaşan komandanın qonağı olacaq. “Yuve Stabiya”nın son 7 oyunundan altısında 1-ci hissədə heç-heçə qeydə alınıb. Bu dəfə də istisna olmayacağını düşünürəm.
“Qalvey” – “Vaterford” ÜST 2.5
“Qalvey” avqustun 11-i “Vaterford” səfərində oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə 2 qol vuraraq məğlubiyyətdən xilas olmuşdu. Bundan sonra komanda ardıcıl 8 qələbə qazandı və yalnız “Bohemians”la son matçında məğlubiyyət acısı daddı.
Məhsuldarlığı ilə seçilən rəqiblərin duelindən qol yağışı gözləmək olar.
“Blekpul” – “Liverpul” U-21
Fora: “Liverpul” U-21 (3)
Daha təcrübəli meydan sahibləri bu oyunda gənc liverpulluları məğlub etməyə borcludu. Amma qonaqlar da markanı qorumağa çalışacaq. “Liverpul”un çox böyük fərqlə uduzmayacaqlarını təxmin edirəm.