Günün kuponu – 09.11.2022
“Ayaks” – “Vitess” 1/1
3 gün əvvəl öz meydanında əzəli rəqibi PSV-yə uduzan “Ayaks” (1:2) təxirə salınmış bu oyunda “Vitess”ə çətin ki, şans versin. “Ayaks”ın 1-ci hissədə və oyunda qələbəsi 1,46 əmsalla dəyərləndirilir. Məncə, qazanmaq üçün bu şansı qaçırmaq olmaz. “Ayaks”ın elə ilk hissədə qələbənin əsasını qoyacağına inanıram.
“İnter” – “Bolonya” – 2,5 ÜST
Son 2 oyunda ÇL-də “Bavariya” və A seriyasında “Yuventus” a eyni hesabla (0:2) uduzan “İnter” sanki “partlamağa hazır barıt çəlləyi”dir. Fikrimcə, o “partlayış” son 4 matçda uduzmayan “Bolonya” ilə görüşdə olacaq. Hər iki komanda 13 turda eyni sayda – 19 qol buraxıb. Qapıların bu cür “açıq” olması hücumçuların işinə yarayacaq. Ona görə 2,5 üst variantına güvənməyə dəyər.
“Sassuolo” – “Roma” – 2,5 ÜST
“Roma” son turda derbidə “Latsio”ya uduzub (0:1). “Sassuolo” son 2 matçda ümumiyyətlə, 1 qol belə vurmadan məğlub olub. Bu tur hər iki komandanın dönüş üçün bütün gücünü ortaya qoyacağını gözləyirəm.