Günün kuponu – 09.05.2022
“Fiorentina” – “Roma” QOL/QOL
Hər iki komanda üçün böyük önəm daşıyan matç olacaq. Meydan sahibləri avrokuboklarda iştirak etməkdən ötrü xalını artırmalıdı. UEFA Konfrans Liqasının finalçısı “Roma” 3 gün əvvəl matç keçirdiyinə görə bir qədər yorğun olacaq. Maraqlıdır ki, “Fiorentina” son 4 matçda qələbə qazana bilməyib.
“Jirona” – “Tenerife” 1
Sequndada qonşu pillələrdə qərarlaşan klublar arasında 2 xal fərq var. Hər iki klub La Liqaya vəsiqə uğrunda mübarizəni davam etdirir. Son oyunlarda “Jirona” daimi olaraq ev matçlarında “Tenerife”dən güclü olub. Fikrimcə statistika davam edəcək.
“Antalyaspor” – “Konyaspor” ALT2.5
Konya təmsilçisi ikinci pillədəki “Fənərbağça”dan 4 xal geri qalır. Liderlərdən uzaq düşən “Antalyaspor” 9-cu sıradadır. Komandaların son görüşləri minimal hesabla diqqəti cəlb edir. Digər tərəfdən “Antalyaspor”un müdafiə xəttinin inamlı oyununu unutmaq olmaz.