Günün kuponu – 08.09.2022
“Fənərbağça” – “Dinamo Kiyev” QOL/QOL
Avropa Liqasının ilk turunda Türkiyə təmsilçisi Ukraynanın “Dinamo” klubunu qəbul edəcək. Rəsmi görüşlərdə sarı lacivərdlilər bu rəqib üzərində qələbə qazanmayıb. Ən yaxşı halda heç-heçə qeydə alınıb. Fikrimcə hər iki komanda meydanı qolsuz tərk etməyəcək.
“Nants” – “Olimpiakos” ÜST2.5
Azərbaycan çempionunun mübarizə apardığı qrupda yer alan klubların dueli maraqla gözlənilir. Meydan sahibləri Fransa çempionatının son 2 turunda yalnız 1 xal qazanıb. Son görüşdə PSJ-yə 0-3 hesabı ilə uduzub. Yunanlar isə stabil oyun nümayiş etdirir və məğlubiyyət acısı yaşamayıb. Qonaqlar 3 oyundan 7 xalla ikinci sıradadır. Bu görüşdə qonaqların qələbə qazanacağını düşünürəm.
“Sürix” – “Arsenal” 2
İngiltərə çempionatına əla başlayan topçular son turda “Mançester Yunayted”ə 1-3 hesabı ilə məğlub oldu. Meydan sahibləri isə ölkə çempionatında xal itirməkdə davam edir. Son turlarda “Lugano” və “Bazel”ə uduzan “Sürix” cəmi 2 xal toplayıb. Bu matçda qonaqlar favorit olduğunu sübut edəcək.