Günün kuponu – 08.03.2022
“Bayern Münhen” – “Zaltsburq” – 1
Avstriyadakı ilk oyunda bərabərlik (1:1) qeydə alındığından Münhen klubu ilk dəqiqələrdən hücum etmək məcburiyyətindədir. Naqelsmannın komandası 3 gün əvvəl doğma divarlar arasında “Bayer Leverkuzen”lə bərabərə qalıb- 1:1.
“Zalsburq” Avstriyada ən yaxın izləyicisini 18 xal qabaqlayaraq növbəti çempionluğa yaxınlaşır.
Almaniya klubunda Devis, Qoretska, Tolisso zədəlidir. Noyerin meydana çıxması sual altındadır.
“Zalsburq” da oyuna tam heyətlə çıxa bilməyəcək. “Bayern Münhen” cütün taleyini əsas vaxtda həll etməyə çalışacaq.
“Liverpul” – “İnter” – QOL/QOL
“İnter” 5 oyunluq qələbəsizlikdən sonra bütün acığını “Salernitana”dan çıxdı – 5:0. İtaliya klubu ilk oyunda öz meydanında “Liverpul”a 0:2 hesabı ilə uduzduğundan növbəti mərhələyə yüksəlmək şansı çox azdır.
Liqa Kubokunu da qazanan Klopun komandası son vaxtlar əla formadadır.
“İnter” rəqib meydanında heç olmasa, qol vurmağa çalışacaq. Məncə, hər iki komandanın qoluna mərc etmək olar.
“Suonsi” – “Fulhem” – QOL/QOL
“Fulhem” Premyer Liqaya yüksəlməyə əsas klublardan sayılır. İki oyunu ehtiyatda olan komanda ən yaxın izləyicisini 11 xal qabaqlayır. Portuqaliyalı Marko da Silvanın rəhbərlik etdiyi komanda son 3 görüşdə qələbə qazanıb.
“Suonsi” isə “Şeffild Yunayted”ə böyük hesabla uduzduqdan sonra son iki matçda 6 xal yığıb.
Məncə, belə oyunda hər iki komandanın qol vurmaq imkanları olacaq.