Sürpriz kupon – 08.03.2022
“Barnsli” – “Stok Siti” – 2
24 komanda arasında 23-cü yeri tutan “Barnsli” Championship-də qalmaq uğrunda mübarizə aparır.
“Barnsli” FA Cup-ın sürprizlərindən “Middlsbro”nu məğlub etsə də, son oyunda digər autsayder “Derbi”yə uduzdu.
“Stok Siti” çempionatda ardıcıl 3 oyundur uduzur. “Qırmızı-ağlar” məhz “Barnsli” səfərində “qara zolaq”dan çıxa bilərlər. Öz aralarındakı son 3 oyunda “Stok” “Barnsli”ni məğlub edə bilməyib. Sürpriz kuponda risk edib 2 yazmaq olar.
“Bləkbörn” – “Milluoll” – QOL/QOL
“Milluoll” son 5 oyununun hamısını qələbə ilə başa vurub. Komanda sonuncu dəfə fevralın 8-də “Fulhem”ə uduzub.
“Bləkbörn”un heyətlə bağlı ciddi çətinlikləri var. Xüsusən də bu mövsüm 20 qol vurmuş Ben Breretonun zədəli olması hücumda problemlər yaradır.
“Milluoll”un qələbə yürüşünün Bləkbörndə başa çatacağını gözləyirəm. Amma qol/qolu da istisna etmirəm.
“Koventri” – “Luton” – 1
“Koventri” son iki oyunda qalib gələ bilməyib.
“Luton” da son turda “Middlsbro” səfərindən xalsız qayıdıb.
Birinci dövrədə “Luton” öz meydanında “Koventri”nin qapısından 5 cavabsız top keçirmişdi. İndi revanş üçün meydan sahiblərinin əlinə yaxşı fürsət düşüb. Ümumiyyətlə, “Koventri” sonuncu dəfə “Luton”u 2017-ci ildə məğlub edib. 5 ildən sonra niyə də növbəti qələbə qeydə alınmasın?