Keyn Anrini keçdi
“Tottenhem” Premyer Liqanın 28-ci turunda “Everton”la qarşılaşıb. London klubu bu matçda 5:0 hesabı ilə qalib gəlib.
Qollardan ikisinə imza atan Harri Keyn Premyer Liqadakı qol sayını 176-ya çatdırıb. Ulduz hücumçu bununla da “Arsenal”ın sabiq futbolçusu Tyerri Anrini arxada qoyub. Fransalı 175 dəfə fərqlənib.
28 yaşlı hücumçu Premyer Liqa tarixində 6-cı bombardir olub. O, yalnız 5 futbolçudan geri qalır.
Premyer Liqada 175 və daha çox qol vuranlar:
1. Alan Şirer – 260
2. Ueyn Runi – 208
3. Endi Koul – 187
4. Serxio Aquero – 184
5. Frenk Lempard – 177
6. Harri Keyn – 176
7. Tyerri Anri – 175