Günün kuponu – 06.10.2023
Adanademirspor – Trabzonspor 2,5 ÜST
Hər iki komanda qol vurmağı yaxşı bacaran komandadır. Bu, həm də Türkiyə super loqasının ilk 7 turunda ən çox qol vuran 3 komandadan ikisinin qarşılaşmasıdır. Adana təmsilçisi ilə Trabzonsporun aralarındakı son 3 oyun da bol qollu keçib. Statistikaya inanaraq, bu oyunda 2,5 üst seçimini tövsiyə edirəm.
Leççe – Sassuolo QOL/QOL
Mövsümə yaxşı başlayan Leççe son iki turda qol vurmadan məğlub olub. Sassuolo isə 2 sensasyon qələbədən sonra “evdə” Monzaya uduzdu. Hər iki kollektivin qələbə üçün risk alacağını düşünürəm. Bu görüşdə kimin qalib gələcəyini ehtimal etmək çətindir. Lakin qarşılıqlı qollar olacağını inamım böyükdür. Odur ki, bu matçda q/q seçimini məsləhət görürəm.
Borussia M. – Mainz ESK qol cəmi 1,5 ÜST
Statistikaya nəzər yetirsək, bundesliqanın cümə matçları adətən bol qollu keçir. Avrokubokları hədəfləyən Borussia Münxenqladbaxın bu mövsüm cəmi 1 xal toplamış, sonuncu sıradakı Mainzla oyunda rahat qələbə qazanacağını ehtimal edirəm. Bu görüşdə ev sahibi komandanın ən azı iki qol vuracağını təxmin edirəm. Zənnimcə ESK qol cəmi 1,5 üst mərci doğru seçim olar.