Sürpriz kupon – 06.10.2023
Empoli – Udineze 2
Udineze İtaliya A seriyasında qələbəyə həsrət 3 komandadan biridir. Komanda oyun baxımından bu günə qədər oynadığı rəqiblərindən (Juventus və Napoli istisna olmaqla) geri qalmayıb. Baş məşqçi Andera Sottil üçün də autsayder Empoli ilə oyun son şans kimi qiymətləndirlir. Bu görüşdə Udinezenin qələbəsizlik seriyasına son qoyacağı və Empolini rahat məğlub edəcəyi qənaətindəyəm.
Strasburq – Nant 2
Nant sürpriz etməyi sevir. Komandanın potensialı da daha artığına imkan verir. Hazırda turnir cədvəlində 13-cü olsalar da, məncə bu, real mənzərə deyil. Straburqla oyunda qələbə qazanıb, yüksəlişə keçəcəklərini zənn edirəm. Riski sevənlər bu matçda Nantın qələbəsinə mərc edə bilər.
Zirə – Turan Tovuz X2
Mövsümə yaxşı başlayan Zirə sanki eniş yaşayır. Zirənin qapanan müdafiəyə qarşı çətinlik çəkdiyini müşahidə edirik. Turan Tovuz müdaifə olunmağı, əks hücuma surətlə çıxmağı yaxşı bacaran komandadır. Bu görüşdə qonaqların uduzmayacağını düşünürəm.