Günün kuponu – 06.10.2022
Olimpiakos – Qarabağ QOL/QOL
Avrokuboklardakı yeganə ümidimiz “Qarabağ” Pireydə ağır səfər matçına çıxacaq. Meydan sahibləri baş məşqçi dəyişikliyindən sonra tədricən özlərinə gəlirlər. Bununla belə, yunanların müdafiə xətti xüsusi etibarlılığı ilə seçilmir. “Qarabağ”ın isə hücum potensialı yetərincə yüksəkdir.
Arsenal – Bodo Qlimt 1
Meydan sahibləri aşkar favoritdi. Londonlular rəqibindən hərtərəfli üstündü. Qrupda liderliyə yüksəlmək üçün “Arsenal” bu oyunda qalib gəlməyə çalışacaq və qonaqlar çətin ki, bu istəyin qarşısında tab gətirsinlər.
Frayburq – Nant 1
Bundesliqanın liderlərindən olan “Frayburq” mövsümə gözəl başlanğıc edib. Komanda 8 oyundur uduzmur. “Nant”ın durumu isə ürəkaçan deyil. Fransızlar istər daxili arenada, istərsə də avrokuboklarda uğurlu çıxış etmir.
Almanlar daha güclüdü və qrupdan çıxmağı mümkün qədər tez təmin etmək üçün bu oyunda da qələbə qazanmağa çalışacaqlar.