Günün kuponu – 06.06.2022
Xorvatiya – Fransa QOL/QOL
UEFA Millətlər Liqasında ilk turda uğursuz olan Xorvatiya və Fransa milli komandaları Splitdə üz-üzə gələcək. Xorvatiya ilk turda Avstriyaya 0-3, Fransa isə Danimarkaya 1-2 hesabı ilə məğlub olub. Qrup favoritləri indi ilk qələbəni qazanmağa çalışacaq.
Avstriya – Danimarka ÜST2.5
Ralf Ranqnikin rəhbərliyi altında oyun baxımından dəyişiklik edən Avstriya ilk turda gözlənilmədən Xorvatiyanın qapısından 3 cavabsız top keçirdi. Mundiala vəsiqə qazanan Danimarka startda hazırkı dünya çempionu Fransanı üstələməklə azarkeşləri şoka saldı. Hazırda əla heyətə malik danimarkalılar səfərdəki oyunun favoriti sayılır.
Slovakiya – Qazaxıstan ALT3.5
Slovakiya ilk turda Belarusla çox darıxdırıcı matçda 3 xal qazandı. 90 dəqiqədə rəqib qapısına 3 zərbə vuran Slovakiya yekunda 1-0 hesablı qələbə əldə etdi. Qonaqlar əvvəlki turda Azərbaycan millisinin qapısından 2 cavabsız top keçirdilər. Qazaxıstanda xüsusilə Abat Aymbetovun oyununu qeyd etməmək günah olardı.