Günün kuponu – 06.05.2023
“Mançester Siti” – “Lids” – 1
Premyer liqa finişə yaxınlaşır. Belə məqamda xal itkisi çempionluğa doğru irəliləyən “Siti” üçün bağışlanmaz olar. Fikrimcə, Qvardiolanın komandası uğursuz mövsüm keçirən “Lids”ə heç bir şans verməyəcək.
“Borussiya Münhenqladbax” – “Bohum” – 1-ci hissə cüt şans 12
Bundesliqa oyunları əksər hallarda bol qollu keçir. Mövsümün sonundakı matçlar isə xüsusən. Məncə, bu matçda da qapılara azı 2 qol vurulacaq. Hesabdakı bərabərliyin artıq ilk yarıda pozulacağını düşünürəm.
“Verder” – “Bavariya” – QOL/QOL
“Verder” son 9 matçın hər birində qol vurub və bu oyunların hamısı 2,5 üstlə yekunlaşıb. Rəqib çempionluğa iddialı “Bavariya” olsa da, fikrimcə, Bremen klubu qol seriyasını bu turda da davam etdirəcək. “Bavariya”nın qol vuracağına isə şübhəm yoxdur.