Günün kuponu – 05.07.2022
“Lex” – “Qarabağ” ALT 2,5
“Qarabağ” avrokuboklarda yeni mövsümə Polşada başlayır. Püşk Qurban Qurbanovun komandasını I təsnifat mərhələsində ən çətin rəqiblə üz-üzə qoydu. Amma Ağdam klubunun Polşa təmsilçilərinə qarşı statistikasının uğurlu olması bizi gələcəyə ümidli baxmağa sövq edir. Məncə, ilk görüş olduğundan heç bir komanda risk etməyəcək. Ümumiyyətlə, Qurbanov iki oyunlu səfər matçlarında qapılarının toxunulmazlığına daha çox önəm verir.
“Malmö” – “Vikinqur” 1
İslandiya klubunun reytinqi aşağı olduğundan onlar “Malmö” ilə matça kimi ÇL-də iki oyun keçiriblər.
Hər iki ölkədə artıq yeni mövsüm start götürüb və bu baxımdan komandaların vəziyyəti bərabərdir.
“Malmö” İsveç çempionatının son turunda “Sundsvall”a uduzub. Bəlkə də bu, “Malmö”nün əsas diqqətini “Vikinqur”la oyuna yönəltməsi ilə bağlıdır. Heyət və büdcə baxımından rəqibindən aşkar üstün görünən “Malmö” cütün favoritidir.
“Ludoqorets” – “Sutyetska” 1
Son illər Bolqarıstan futbolunda eniş yaşanır. Xüsusən də bunu milli komanda ilə bağlı demək olar. Amma Bolqarıstanın əsas klubu “Ludoqorets” I mərhələni keçmək gücündədir. Həm də püşk “Ludoqorets” üçün uğurlu olub. Monteneqro təmsilçisinin səfərdən heç-heçə ilə dönmək şansı çox azdır.