Sürpriz kupon – 05.07.2022
“Paçuka” – “Queretaro” qol\qol
Meksikada çempionat yeni başladığından komandaların güc balansını müəyyənləşdirmək çətindir. Bununla belə, bu cütdə “Paçeko” favorit hesab olunur. “Paçeko”nun mövsümöncəsi yoxlama oyunları məhsuldar alındı.
“Paçeko” ilə “Queretaro” arasındakı son matçlar da bol qollu alınıb. Güman edirəm ki, hər iki komandanın fərqlənmək imkanları olacaq.
“Halmstad” – “Yönçepinq” 1
“Halmstad” 11 oyundan 23 xal toplayaraq liderdən 1 xal geri qalır. Amma komanda ötən tur gözlənilmədən öz meydanında “Trelleborq”a uduzdu.
Mövsümə pis başlayan “Yönçepinq” isə 16 komanda arasında 14-cü yerdədir. “Yönçepinq” 6 oyundur qələbəyə həsrətdir.
Yüksək yerlər uğrunda mübarizə aparan “Halmstad”ın ardıcıl 2 tur öz meydanında xal itirəcəyi inandırıcı görünmür.
“Erqryüte” – “Orebro” qol\qol
“Erqryüte”nin son 3 oyunu qol\qolla yekunlaşıb. “Orebro”nun da son 2 turdakı matçlarında qol\qol qeydə alınıb. Bu komandalar arsında son iki qarşılaşmada da hər iki tərəf fərqlənib. Statistika bizi bu dəfə də qol\qol qeydə alınacağına inandırmağa çalışır.