Günün kuponu – 04.01.2023
“İnter” – “Napoli” – 1-ci hissə cüt şans 12
İtaliya A seriyasında təxminən 2 ay sürən fasilə bitir. 2023-ün ilk möhtəşəm qarşılaşması isə Milanda baş tutacaq. A seriyasının yeganə məğlubedilməz komandası “Napoli” “İnter”in qonağı olacaq. Hər iki komanda əla hücum potensialına malikdir. Ona görə matçda hesabın elə ilk yarıda açılacağını, fasiləyə tərəflərdən birinin üstün durumda yollanacağlnı düşünürəm.
“Salernitana” – “Milan” – 2,5 ÜST
“Milan”ın hücum xətti əla təsir bağışlayır. “Salernitana”nın isə 15 oyuna 24 qol buraxan zəif müdafiəsi var. İndiyədək cəmi 4 dəfə qarşılaşan tərəflərin 3 dueli 2,5 üst bitib. Statistikaya, komandaların hazirki top balansına əsasən bu qarşılaşmanın da məhsuldar keçəcəyini təxmin edirəm.
“Lids” – “Vest Hem” – QOL/QOL
“Lids” 16 turda 23 qol vurub, qapısından isə 29 top buraxıb. Belə komandadan istənilən rəqiblə görüşdə 2,5 üst variantını gözləmək olar. “Vest Hem”lə əksər görüşlərində isə azı 3 qol qeydə alınıb.