Günün kuponu – 03.10.2024

Günün kuponu – 03.10.2024

Sent Jilua – Bodo Qlimt X2

Əvvəlki illərdən fərqli olaraq, Sent Jilua bu mövsüm yaxşı təsir bağışlamır. İlk turda uduzan Belçika təmsilçisi daha şanslı hesab edilir. Amma unutmaq lazım deyil ki, Bodo Qlimt avrokubok komandasıdır. Məncə Norveçlilər bu görüşdə uduzmayacaq.

Tvente – Fənərbağça QOL/QOL

Türkiyə təmsilçisini bu oyunda favorit olduğunu düşünürəm. Bununla belə müdafiəsi zəif təsir bağışlayır. Məncə Fənər qol vuracaq. Amma Tventenin də meydanı qol vurmadan tərk etməyəcəyini düşünürəm.

Astana – Backa Topola 1

Astana rəqibi ilə müqayisədə daha zəngin avrokubok təcrübəsinə malikdir. Qazaxıstan təmsilçisi evdə istənilən rəqiblə bacara bilən komanda təsiri bağışlayır. Üstəlik onlar süni meydanda daha yaxşı oynayırlar. Bu amilləri nəzərə alaraq Astananın Backa Topolanı məğlub edəcəyini düşünürəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Başakşehir” evdə məğlub oldu

Növbəti yazı

Sürpriz kupon – 03.10.2024