Sürpriz kupon – 03.10.2024
Qarabağ – Malmö X
Sürpriz kuponda sizə 3 heç-heçə təqdim edəcəm. Onlardan biri “Qarabağ”ımızın oyunudur. Təbii ki, komandamızın qələbəsini arzulayırıq. Amma bu görüşün heç-heçə bitəcəyini ehtimal edirəm. Çoxları “Malmö”nü sıradan rəqib kimi görə bilər. Amma komandamızın işi çox çətin olacaq. İsveç təmsilçisini heç-heçə də qane edəcək.
Hoffenhaym – Dinamo Kiyev X
Hoffenhaym favorit olsa da, Dinamo Kiyevin avrokubok təcrübəsi daha böyükdür. Üstəlik, Ukraynalılar bu görüşdə daha çox qol buraxmamaq üçün çalışacaqlar. Məncə belə də olacaq. Hətta bu görüşün qolsuz bərabərliklə yekunlaşacağını düşünürəm.
Beşiktaş – Ayntraxt X
Sürpriz kuponda sizə təqdim etdiyim 3-cü heç-heçə ehtimalı məhz Beşiktaşı oyununadır. Avrokuboka ağır məğlubiyyətlə başlayan Beşiktaşı çox çətin sınaq gözləyir. Ayntraxt kimi rəqiblə görüşdə heç-heçəni uğurlu nəticə saymaq olar.