Günün kuponu – 02.12.2021

Günün kuponu – 02.12.2021

“Tottenhem” – “Brentford” – 1

Konte hələ ki “Tottenhem”də öz oyun sistemini qura bilməyib. London klubu qeyri-sabit oynamaqda davam edir. Komanda çempionatda “Lids”i məğlub etdikdən sonra Konfrans Liqasında büdcəsi qat-qat aşağı olan “Mura”ya uduzdu. “Tottenhem” “Brentford”la son 4 oyunun üçündə qalib gəldiyindən, düşünürəm ki, bu dəfə də 1 yazmaq olar.

“Latsio” – “Udineze” – 1

Sarrinin komandası A seriyasında son iki oyunda xalsız qalıb. Özü də qapısından 6 top buraxmaqla. Amma insafən qeyd edək ki, rəqiblər də “Yuventus” və “Napoli” kimi nəhənglər olub.

“Udineze” isə son 2 matçda qələbə qazana bilməyib. Paytaxt klubunun əsas oyunçularından olan Luis Felipe meydanda olmayacaq. “Olimpiko”dakı son oyunda “Latsio” “Udineze”yə uduzmuşdu. “Qartallar”ın revanş üçün əlinə əla imkan düşüb.

“Torino” – “Empoli” – qol/qol

“Empoli” “Torino”nu cəmi 2 xal qabaqlayır. Bu komandalar arasında son iki oyun böyük hesabla nəticələnib. “Empoli” öz meydanında “Torino”nu 4:1 məğlub etdiyi halda, səfərdə rəqibinə 0:3 uduzub. Düşünürəm ki, qol/qol pis variant olmaz.

“Tottenhem” – “Brentford” – 1 [nowbetnow-dynamic dyn_code=865]

“Latsio” – “Udineze” – 1 [nowbetnow-dynamic dyn_code=866]

“Torino” – “Empoli” – qol/qol [nowbetnow-dynamic dyn_code=867]

Elnur Məmmədlidən ən son “Günün Kuponu”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Pike: “Real”a getməkdənsə, ölməyi üstün tutaram”

Növbəti yazı

Sürpriz kupon – 02.12.2021