Günün kuponu – 02.09.2023
“Borussiya”(Münhenqladbax) – “Bavariya” QOL/QOL
İlk 2 turda “Bavariya” toplam 7 qol vurub, “Borussiya” da bir o qədər qapısından top buraxıb. Bundesliqaya uğursuz başlayan Münhenqladbax təmsilçisinin 2 oyundan cəmi 1 xalı var. Amma onların “Bavariya”ya qarşı oyunları həmişə bol qollu və gərgin keçib. Məncə, bu dueldə də “Borussiya” hətta uduzsa belə, prinsipial rəqibinə azı 1 qol vuracaq.
“Napoli” – “Latsio” – 1-ci hissə cüt şans 12
“Napoli” A seriyasına ardıcıl 2 qələbə ilə başlayıb. “Latsio” isə əksinə, hər 2 turda uduzub. Tərəflərin ənənəvi rəqabəti məncə, bu oyunda da özünü göstərəcək. Bol qollu oyun gözləyirəm. Fikrimcə, ilk yarı yekunlaşanda hesabda bərabərlik olmayacaq.
“Hoffenhaym” – “Volfsburq” – 1-ci hissə cüt şans 12
Tərəflərin öz aralarındakı son 13 görüşünün hamısında qapılara azı 2 qol vurulub. Bu “ənənə”nin davam etmə ehtimalının yüksək olduğunu nəzərə alıb, matçda bərabərliyin ilk hissədə pozulacağını təxmin edirəm.