Günün kuponu – 01.09.2024

Günün kuponu – 01.09.2024

Çelsi – Kristal Pelas 1

Ardıcıl iki matçda uduzan “Kritsal Pelas” 3-cü turda səfərdə “Çelsi”nin qonağı olacaq. Maraqlıdır ki, 2014-cü ildən “zadəganlar” bu rəqiblə bütün oyunlarda qələbəyə sevinib. Rəqibin uğursuz startı “Çelsi” üçün növbəti fürsət olacaq.

Nyukasl – Tottenhem 2.5 ÜST

İlk 2 turda 4 xal toplayan komandalar 3-cü turda üz-üzə gələcək. Meydan sahiblərinin heyətində 5 əsas futbolçu matçda iştirak etməyəcək. “Tottenhem”i matçın favoriti hesab edirəm. Səfərdə oynamasına baxmayaraq qonaqların uduzmayacağını düşünürəm. Hücümu sevən komandaların duelində 2.5 Üst seçimi üzərində dayanıram.

Mançester Yunayted – Liverpul 3.5 ÜST

Maksimum xalla liderlər qrupunda qərarlaşan “Liverpul” Mançesterə səfər edəcək. Meydan sahibləri ötən tur “Brayton”a uduzmaqla xal itirib. Yeni mövsümdə evdə daha çox risk edəcək Mançester klubunun “Liverpul”a qarşı şansları yüksək qiymətləndirilmir. İddialıların duelində 4 qol vurulması təəccüb yaratmayacaq. Ona görə 3.5 Üst seçimini etmək riskli deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Sterlinq “Arsenal”da

Növbəti yazı

Sürpriz kupon – 01.09.2024