Sürpriz kupon – 01.09.2024
Monako – Lans 2.5 ÜST
Fransa çempionatında itkisiz irəliləyən iki komanda Monakoda üz-üzə gələcək. “Monako” evdə çox hücum etməyi sevir. Adətən istənilən komandaya problem yaratmağı bacarır. Hər iki komandada zədəlilərin olduğunu nəzərə alaraq üstünlüyü “Monako”ya verirəm. Bu oyunda ən azı 3 qol vurulacağını gözləyirəm.
Reyms – Renn QOL/QOL
Mövsüm ərəfəsində heyəti gücləndirən “Renn” çempionatda daha yaxşı çıxış etməyi hədəfə alır. Kiçik maliyyə problemlərinə baxmayaraq “Reyms” startda 2 oyuna 1 xal topladı. Qeyd edim ki, ilk iki turda rəqibləri iddialı “Lill” və “Marsel” olub. “Renn” üçün hesabat turndakı səfər matçı əksər suallara cavab tapacaq. Bu oyunda qollu bərabərliyin qeydə alınacağını düşünürəm.
Lill – PSJ 3.5 ÜST
Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalar 2 turdan sonra maksimum xal toplayıb. Paris klubu 2 turda rəqib qapılarına 10 qol vurmaqla diqqəti cəlb edir. Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanan “Lill” üçün “PSJ”yə qarşı oyun komandanın real gücünü göstərəcək. Proqnozuma əsas azarkeşlərin məhsuldar oyun izləyəcəyi qənaətindəyəm.