Fanatlar Messi və Neymardan narazıdır

Fanatlar Messi və Neymardan narazıdır

PSJ azarkeşləri Messi və Neymardan narazıdır. Cənubi amerikalılar dünən keçirilən “Bordo”yla matçda (3:0) oyunboyu fitə basılıblar.

Hər dəfə bu iki futbolçu topa sahib olduqda azarkeşlər fit çalıblar. Fanatlar tərəfindən onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Hətta Neymarın qol vursa da, fanatların hirsi soyumayıb.

Messi hazırda sabiq klubu “Barselona”ya qayıtmaq barədə düşünür. Neymara isə sərfəli təklif olsa, klub futbolçunu saxlamayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.03.2022

Növbəti yazı

Pol karyerasında ilk dəfə