Sürpriz kupon – 15.03.2022
“Bornmut” – “Ridinq” – 1
“Bornmut” Premyer Liqaya vəsiqə qazanmağa əsas namizədlərdən hesab olunur. Skot Parkerin komandası 2-ci pillədəki yerini qoruyub saxlaya bilsə, birbaşa elitaya yüksələcək. “Bornmut” “Preston” məğlubiyyətindən və “Peterburq” heç-heçəsindən sonra nəhayət, “Derbi” üzərində qələbə qazandı.
“Ridinq” təhlükəli zonanın bir addımlığındadır. “Ridinq” son 3 oyunda uduzub. Komandanın bu dəfə də “Bornmut” səfərində şansı azdır.
“Legiya” – “Termalika” – 1
Mahir Emrelinin sabiq komandası “Legiya”da vəziyyət düzəlir. Varşava klubu son 3 oyundan qalib ayrılıb. Üstəlik, “Legiya” Polşa kubokunda da yarımfinala yüksəlib.
Turnir cədvəlində sonuncu yeri tutan “Termalika” Ekstraklasanı tərk etməyə əsas namizədlərdəndir. “Termalika” 2 ardıcıl qələbədən sonra ötən tur “Zaqlembe”yə uduzdu. Birinci dövrədə “Legiya” səfərdə “Termalika”ilə bərabərə qalmışdı – 0:0.
“Vest Bromviç” – “Fulhem” – 2
Turnir cədvəlinə başçılıq edən “Fulhem” yenidən Premyer Liqaya qayıtmağa yaxındır. Marko Silvanın komandası ötən tur gözlənilmədən autsayderlərdən olan “Barnsli” ilə matçda xal itirdi – 1:1.
Bu mövsüm elə bir hədəfi qalmayan “Vest Bromviç” ardıcıl 3 məğlubiyyətdən sonra son 2 turda 4 xal toplayıb. Meydan sahiblərinin heyətindəki itkiləri də nəzərə alanda ‘Fulhem”in qələbə şansı artır.