Dzoladan seçim: “İkinci evimdir”
“Napoli” və “Çelsi”nin sabiq futbolçusu Canfranko Dzolanın DÇ-2022-də azarkeşlik edəcəyi komanda bəlli olub. İtaliya yığmasının yoxluğunda veteran seçimini qətiləşdirib.
Buna uzun müddət İngiltərədə oynaması təsir edib: “İngiltərə. Bu, mənim ikinci evimdir. Orada 7 mövsüm oynamışam. Bu yaxınlarda yenə Londona gedəcəm”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürəcək.