Dünya çempionatının avropalı iştirakçıları bəlli oldu

Dünya çempionatının avropalı iştirakçıları bəlli oldu

Klublararası dünya çempionatında iştirak edəcək sonuncu Avropa təmsilçisi bəlli olub. “Köhnə qitə”dən son vəsiqəni “Zalsburq” qazanıb.

Avstriya klubu 2025-ci ildə təşkil olunacaq turnirdə Avropanın 12-ci komandası olacaq. Buna səbəb “Arsenal”ın Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya uduzmasıdır.

Zalsburqlulara qədər “Mançester Siti”, “Çelsi”, “Real”, “Bavariya”, PSJ, “İnter”, “Porto”, “Benfika”, “Borussiya” D, “Yuventus” və “Atletiko” da Avropanı mundialda təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, 32 komandanın qatılacağı yarış 2025-ci ilin yayında ABŞ-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

21-ci əsrdə 7-ci dəfə

Növbəti yazı

Marsial “Tottenhem”in maraq dairəsində