Dibala yeni müqavilə imzalayacaq

Dibala yeni müqavilə imzalayacaq

Duşan Vlahoviçin “Yuventus”a transferi hücumçu Paulo Dibala ilə klub arasında yeni müqavilə ilə bağlı danışıqların gedişinə təsir göstərə bilər. Kriştiano Ronaldo ilə yaxşı yola getməyən argentinalı futbolçunun serbiyalı ilə münasibəti əladır. Paulo onunla daha parlaq oynayır.

Duşanın müdafiəçiləri özünə cəlb etmə bacarığı, Dibala üçün sahələr boşaltması argentinalıya çox kömək edir. Qonzalo İquayn “Yuventus”da oynadığı vaxtda o, belə bir oyunçu həsrətində idi.

Bundan əlavə, meydandan kənarda da Vlahoviçlə Dibala arasında səmimi münasibət yaranıb. Ayın sonunda Paulo və “Yuventus” yeni müqaviləni müzakirə etməyə başlayacaqlar. Klub argentinalıya təxminən Vlahoviçlə eyni maaş təklif edəcək – illik 7 milyon avro.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo hamını qabaqladı

Növbəti yazı

Kavani zədələndi