Ronaldo hamını qabaqladı
XXI əsrdə ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb. İFFHS-in cədvəlinə 900 və daha çox matça çıxanlar daxil edilib.
Yalnız 11 futbolçu buna nail olub. Kriştiano Ronaldo və Dani Alves isə “1000” səddini də arxada qoyub.
“11-lik”də İspaniyadan daha çox – 4 oyunçu yer alıb. Portuqaliya və Braziliyadan iki, Argentina, İsveç və Yaponiyadan bir futbolçu 900-ü keçib.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 1104
2. Dani Alves (Braziliya) – 1000
3. İker Kasilyas (İpaniya) – 974
4. Lionel Messi (Argentina) – 955
5. Zlatan İbrahimoviç (İsveç) – 939
6. Xavi (İspaniya) – 937
7. Joao Moutinyo (Portuqaliya) – 922
8. Yasuhito Endo (Yaponiya) – 909
9-10. Andres İnyesta (İspaniya) – 906
9-10. Serxio Ramos (İspaniya) – 906
11. Rojerio Seni (Braziliya) – 904