De Yonq “Mançester Yunayted” yolunda
“Barselona” Frenki de Yonqla yollarını ayırmağa hazırlaşır. Klub “Mançester Yunayted”in təklifini qəbul etmək üzrədir.
Kataloniya klubunun rəhbərliyi Premyer Liqa təmsilçisinin 25 yaşlı hollandiyalı üçün təklifini qəbul etməyi sərfəli hesab edir. Qeyd olunur ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi üçün 60 milyon avro və 20 milyon bonus təklif edib.
Eyni zamanda, “Barselona” rəhbərliyi heç bir oyunçusuna bundan daha yaxşı təklif gəlməyəcəyinə əmindir.