DÇ-2026-nın şəhərləri müəyyənləşdi

DÇ-2026-nın şəhərləri müəyyənləşdi

DÇ-2026-nın keçiriləcəyi şəhərlər bəlli olub. FİFA mundialı qəbul edəcək 16 şəhəri açıqlayıb.

Bu turnir üç ölkədə – ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Çempionata ev sahibliyi edəcək şəhərlərdən 11-i ABŞ-dadır. Bunlar Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York, Filadelfiya, San-Fransisko və Sietldir.

Kanadadakı görüşlər Vankuverlə Torontoda baş tutacaq. Mexiko, Monterrey və Qvadalaxara isə Meksikanın mundialı qəbul edəcək şəhərləridir.

Qeyd edək ki, DÇ-2026 tarixə 48 komandanın iştirakı ilə keçiriləcək ilk mundial kimi düşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt” NBA çempionudur

Növbəti yazı

Martinez “Tottenhem”in hədəfində